SVORD Lift komandası Çində yerləşən XIOLIFT SWORD ELEVATOR şirkətində rəsmi görüş və istehsal prosesi ilə tanışlıq məqsədilə səfərdə olub.
Səfər çərçivəsində ən son lift texnologiyaları, istehsal mərhələləri və innovativ həllərlə yaxından tanış olunub. Bu əməkdaşlıq gələcək layihələrdə daha keyfiyyətli və müasir lift həllərinin təqdim olunmasına mühüm töhfə verir.
SVORD Lift olaraq beynəlxalq tərəfdaşlıqlar və peşəkar yanaşma ilə fəaliyyətimizi inkişaf etdirməyə davam edirik.