8-ci km qəsəbəsində yerləşən “Orbita” MTK yaşayış kompleksində tərəfimizdən 50-yə yaxın MR SVORD markalı lift təchiz edilərək quraşdırılmışdır. Layihə çərçivəsində quraşdırılan liftlər yüksək keyfiyyət, təhlükəsizlik və müasir texnologiya standartlarına uyğun seçilmişdir.

Bu liftlər sakinlərin gündəlik istifadəsi üçün rahatlıq, etibarlılıq və uzunmüddətli istismar təmin edir. Quraşdırma işləri peşəkar komandamız tərəfindən həyata keçirilmiş və bütün texniki tələblərə uyğun şəkildə tamamlanmışdır.