MİDA Sosial Evlər layihəsi çərçivəsində Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında, həmçinin Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində inşa olunmuş sosial tipli yaşayış binalarında tərəfimizdən 400-ə yaxın sərnişin və yük lifti quraşdırılıb.
Quraşdırılan liftlər bu gün minlərlə sakinə təhlükəsiz, rahat və fasiləsiz xidmət göstərir. Keyfiyyət, təhlükəsizlik və uzunömürlülük prinsipləri əsasında həyata keçirilən layihələrimiz sosial infrastrukturun inkişafına töhfə verir.