Şafran Parkı, Yessentuki (Rusiya) layihəsində müasir həllərin tətbiqi çərçivəsində SVORD Lift şirkəti lift sistemlərinin quraşdırılması və tam təhvil verilməsi işlərini uğurla həyata keçirib.
Layihə zamanı təhlükəsizlik, komfort və davamlılıq əsas prioritet kimi götürülüb. Quraşdırılan liftlər yüksək keyfiyyət standartlarına uyğun olaraq seçilib və kompleksin ümumi infrastrukturuna tam inteqrasiya edilib.
Nəticədə, Şafran Parkının qonaqları üçün daha rahat, sürətli və etibarlı hərəkət imkanı təmin olunub. SVORD Lift-in bu layihəsi şirkətin beynəlxalq səviyyədə təcrübəsini və peşəkarlığını bir daha nümayiş etdirir.